“X”ə nə oldu?

xe-ne-oldu
Oxunma sayı: 422

Məşhur sosial media platformalarından biri olan “X”in işində ciddi nasazlıq yaranıb.

“Qafqazinfo” “Downdetector” portalına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 21:05-dən etibarən şəbəkənin fəaliyyətində problem müşahidə olunur.

Məlumata görə, qlobal miqyasda yaranan nasazlıq Azərbaycandakı istifadəçilərə də təsir edib.

Belə ki, 14 mindən çox istifadəçi platformaya girişdə çətinlik yaşadığını bildirib.

Qeyd edək ki, istifadəçilər hazırda profil səhifələrinə çətinliklə giriş edir. Həmçinin paylaşımlar gec yüklənir.