Yanğında reanimasiyada yatan xəstə öldü - Yenilənib

yanginda-reanimasiyada-yatan-xeste-oldu
Oxunma sayı: 6494

Xəbər verdiyimiz kimi, bu gün Gəncədə xəstəxanada yanğın baş verib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasında qeydə alınıb. Yanğın zamanı reanimasiya şöbəsində yatan xəstələrdən biri tüstüdən boğularaq vəfat edib. Hazırda onun kimliyi dəqiqləşdirilir.

İlkin məlumata görə, hadisə binanın zirzəmisindəki yanğın şitində baş verib. Havalandırma borusundan binanın digər məntəqələrinə tüstü dolub. 

Qeyd edək ki, ölən xəstə ürəkçatışmazlığından xəstəxanada müalicə olunurmuş.

***

Gəncə şəhər prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Amin Nəzərli

Həmçinin oxuyun: ОАО ТуранБанк подвело итоги первого квартала 2023 года