Gəncədə xəstəxanada yanğın - Fotolar

gencede-xestexanada-yangin
Oxunma sayı: 3368

Gəncədə xəstəxanada yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın xəstəxananın terapiya şöbəsində başlayıb.

Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürən qüvvələr cəlb edilib. Xəstəxana personalı və xəstələr binadan təxliyyə olunub.

Təhlükəsizlik tədbirləri görüldükdən sonra yanğın söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər  Xəstəxanada baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Yunis Quliyev