Sosial şəbəkələrdə Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində insident baş verdiyi haqda məlumatlar yayılıb. İddialarda hadisə zamanı 15 şagirdin 1 məktəblini döydüyü bildirilib. Səbəb kimi isə o şagirdin dərsə hazır gəlməsi, müəllimin verdiyi tapşırıqdan əla qiymət alması olduğu göstərilib.
Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan ərazi Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisi deyil: “Hadisə təhsil müəssisəsində tədris prosesinin aparılmadığı vaxtda baş verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövründə olduğunu nəzərə alaraq ictimaiyyətdən bu mövzuda həssas davranmalarını, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edirik”.
***
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, Abşeron rayonunda 17 yaşlı yeniyetmənin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub. Zərərçəkən şəxs valideynləri ilə birgə polis idarəsinə dəvət edilərək izahatı alınıb. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər