Yaponiyada 7,1 maqnitudalı zəlzələ oldu

yaponiyada-71-maqnitudali-zelzele-oldu
Oxunma sayı: 1442

Yaponiyanın cənub-şərqində 7,1 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Küsü adasındakı Miyadzaki prefekturasının yaxınlığında, ocağı isə 30 km dərinlikdə yerləşib.

Seysmoloqların məlumatına görə, Kaqosima, Koti, Miyadzaki, Oita və Ehime prefekturaları ərazilərində dalğaların gündürlüyü 1 metrədək çata bilər.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.