Yasamalda iftar süfrəsi açıldı - Fotolar

yasamalda-iftar-sufresi-acildi
Oxunma sayı: 1501

Ramazan ayı ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sakinlər üçün Təzə Pir məscidində iftar sürfəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Elnur Allahverdiyev, şəhid ailələrinin üzvləri, qazilər,ali təhsil ocaqlarının rektorları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və rayon bələdiyyəsinin rəhbərliyi, həmçinin rayon ərazisində fəaliyyət göstərən müəssisə rəhbərləri, dini qurumların və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Tədbirdə Qurandan surələr oxunub. İftar süfrəsində Ramazan ayının fəzilətləri barədə söhbət edilib, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.