Yasamalda yanğın olub - Video

yasamalda-yangin-olub
Oxunma sayı: 1927

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub. 

“Qafqazinfo” xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 240 m² olan obyektin mətbəxində və havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ədəd kiçik mətbəx avadanlığı və havalandırma qurğusunda yağ qalıqları yanıb. 

Restoran və mənzillər yanğından mühafizə olunub.