“Yaxın üç ildə 100 mindən çox insanın qayıdışı gözlənilir”

yaxin-uc-ilde-100-minden-cox-insanin-qayidisi-gozlenilir
Oxunma sayı: 2690

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış” İlk Dövlət Proqramının icrası çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışı həyata keçirilir. Ümumilikdə yaxın üç il ərzində 100 mindən çox insanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtması gözlənilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin azad edilməsi təkcə Azərbaycanda deyil, bütün regionda yeni reallıqlar yaradıb. Bundan əlavə, səfir qeyd edib ki, son üç ildə bu ərazilərdə irimiqyaslı bərpa işləri aparılıb.

“Bu gün bu məqsədlər üçün ölkə büdcəsindən böyük maliyyə vəsaiti ayrılıb. Bu, münaqişədən sonrakı sürətli bərpa üçün dövlətin öz maliyyə mənbələri hesabına həyata keçirdiyi unikal və görünməmiş bir modeldir”, - diplomat vurğulayıb.