Yeni “iPad Pro” xüsusi soyutma sistemi ilə təchiz olunacaq

yeni-ipad-pro-xususi-soyutma-sistemi-ile-techiz-olunacaq
Oxunma sayı: 748

“Apple” şirkəti “iPad Pro” planşetlərini buxarlanma kameralı soyutma sistemi ilə təchiz etməyi planlaşdırır.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, bu soyutma sistemi “iPhone 17 Pro”da istifadə olunan sistemə bənzəyir.

Məlumata görə, “Apple” prosessorlarının artan gücü fonunda şirkət “iPad Pro”ya buxarlanma kamerasını tətbiq etmək niyyətindədir.

Artıq növbəti nəsil planşetlərin M6 çipi ilə təchiz olunacağı bildirilir. Bu cür soyutma sistemi videoyunlar və videoredaktorlar kimi resurs tələb edən tətbiqlərdə prosessorun yüklənməsini azaltmağa imkan verir.

“iPad Pro”da buxarlanma kamerasına keçid uğurlu olarsa, “Apple” bu texnologiyanı “MacBook Air” kimi passiv soyutmalı digər cihazlarda da tətbiq edə bilər.

Modelin növbəti nəslinin 2027-ci ilin yazında təqdim ediləcəyi gözlənilir.