“Yeni “soyuq müharibə” istəmirik” - Bayden

yeni-soyuq-muharibe-istemirik
Oxunma sayı: 1266

“Qatı bloklara bölünmüş yeni bir “soyuq müharibə” və ya dünya istəmirik, bunu bir daha deyirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden BMT 76-cı Baş Assambleyasının iclasında çıxışı zamanı deyib.

Bayden bildirib ki, ABŞ artıq sonu gəlməyən müharibələrə son qoymağa başlayıb:

“Silah heç vaxt həll yolu olmayacaq. ABŞ-ın hərbi gücü bizim son çarə vasitəmiz olmalıdır. Dünyada gördüyümüz hər problemə bir cavab olaraq istifadə edilməməlidir”.

ABŞ lideri vurğulayıb ki, ABŞ öz dəyərləri və strategiyasını müdafiə etməyə davam edəcək:

“Müttəfiqlərimizi və dostlarımızı müdafiəyə davam edəcəyik. Güclü ölkələrin daha zəif ölkələri əzmək və zorla torpaqlarını ələ keçirmək cəhdlərinə qarşı çıxacağıq”.