Yeniyetmələr arasında bıçaqlanma - 3 nəfər yaralandı- Yenilənib

yeniyetmeler-arasinda-bicaqlanma
Oxunma sayı: 1195

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Kür qəsəbə sakini 2011-ci il təvəllüdlü S.M.-ə bıçaqla xəsarət yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi 2009-cu il təvəllüdlü H.A. polis əməkdaşları tərəfindən saxlanılıb.

Bıçaqlanmanın münaqişə zəminində törədildiyi bildirilir.

Xəsarət alan şəxsin vəziyyəti normaldır.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, fevralın 8-i saat 22:10 radələrində 3 nəfər (kişi) xəsarət alması səbəbilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş- deşilmiş yarası diaqnozu təyin edilib.

Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”.

Yunis Quliyev