Yevlaxda yataqxanada yanğın - Xəsarət alan var+Yenilənib

yevlaxda-yataqxanada-yangin
Oxunma sayı: 1516

Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın olub.

"Qafqazinfo" xəbər verir ki. bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

TƏBİB-dən "Qafqazinfo"ya verilən məlumata görə, Yevlaxda baş verən yanğınla əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının 3 Təcili tibbi yardım briqadası əraziyə cəlb edilib. Tüstüdən təsirlənən bir nəfərə yerində yardım edilib.

Bir nəfər isə əl və qolun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım edilib, vəziyyəti stabildir.

***

Yevlax şəhərində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.