Yük maşını qoyun sürüsünə çırpıldı

yuk-masini-qoyun-surusune-cirpildi
Oxunma sayı: 2710

Cəlilabad  rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük avtomobili axşam saatlarında qəfildən qarşısına çıxan qoyun sürüsünə çırpılıb.

Qəzada avtomobilə ciddi ziyan dəyməklə yanaşı, bir neçə xırdabuynuzlu heyvan da tələf olub.

Surxay Şahbazov