Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 2 saylı Abşeron-Xızı regional bölməsinin yeni inzibati binası ilə tanış olub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə ADSEA-nın məsul əməkdaşları, Xidmətin rəhbər heyəti və regional bölmənin kollektivi iştirak edib.
Yeni bina əməkdaşların peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara uyğun şəkildə təchiz olunub.
Bina xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi sahələr, iclas və konfrans zalları ilə təchiz olunaraq əsaslı təmir olunub, müasir mebel və texniki avadanlıqlar quraşdırılıb.
Həmçinin kommunikasiya və istilik sistemləri yenilənib, ətraf ərazi abadlaşdırılıb, təhlükəsizlik məqsədilə yanğın siqnalizasiya sistemi, video-nəzarət kameraları və nəzarət-buraxılış məntəqələri quraşdırılıb.
İnzibati binada keçirilən iclas zamanı ADSEA-nın sədri Zaur Mikayılov bildirib ki, yaradılan müasir iş mühiti əməkdaşların peşəkarlığını və iş səmərəliliyini artırmaqla, vətəndaş məmnuniyyətinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək. Eyni zamanda, belə şərait Xidmət əməkdaşlarından yüksək məsuliyyət, peşəkarlıq və qanunlara riayət tələb edir.












Son xəbərlər
Son Xəbərlər