Zelenski helikopterin qəzaya uğramasını “müharibənin nəticəsi” adlandırdı

zelenski-helikopterin-qezaya-ugramasini-muharibenin-neticesi-adlandirdi
Oxunma sayı: 3308

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev yaxınlığındakı Brovarıda helikopterin qəzaya uğramasının “müharibənin nəticəsi” olduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bu haqda Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı danışıb.

“Düşünürəm ki, bu gün mənim və cəmiyyətimizin hərbi təcrübəsinə görə: bu, təsadüfi deyil, bu, müharibədir... Müharibə təkcə döyüş meydanında deyil. Artıq qəza yoxdur, bütün bunlar müharibənin nəticəsidir”, - deyə Ukrayna Prezidenti bildirib.

Xatırladaq ki, bu gün Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının ərazisində helikopter qəzaya düşüb. Qəzada ölkənin DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olub.

Həmçinin, Ukrayna Fövqəladə Hallar Nazirliyi bildirib ki, biri uşaq olmaqla, ümumilikdə 14 nəfər ölüb, 11-i uşaq olmaqla 25 nəfər yaralanıb.