Zelenski Ukraynanın enerji sektorunda fövqəladə vəziyyət elan etdi

zelenski-ukraynanin-enerji-sektorunda-fovqelade-veziyyet-elan-etdi
Oxunma sayı: 384

Ukrayna ölkənin enerji sektorunda mövcud vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda məlumat verib.

“Kiyevdə vəziyyəti koordinasiya etmək üçün daimi fəaliyyət göstərən qərargah yaradılacaq. Ukraynanın enerji sektorunda fövqəladə vəziyyət elan ediləcək”, - Zelenski bildirib.

Onun sözlərinə görə, praktiki məsələlərin həllinə Ukraynanın energetika naziri cavabdeh olacaq.

Qeyd edək ki, bu gün Ukrayna Ali Radası keçmiş müdafiə naziri Denis Şmıqalın Baş nazirin birinci müavini və energetika naziri təyin olunması barədə qərar çıxarıb.