Zukerberq ABŞ Senatının iclasında üzr istədi

zukerberq-abs-senatinin-iclasinda-uzr-istedi
Oxunma sayı: 1896

Meta şirkətinin rəhbəri Mark Zukerberq ABŞ Senatında gedən müzakirələr zamanı uşaqlarının sosial mediadan zərər çəkdiyini deyən ailələrdən üzr istəyib.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, “Instagram” və “Facebook”un idarəçisi zərərçəkən ailələrə müraciət edib:

“Bunun əsas çarəsi onları faydalı ola biləcək bir şeyə yönəltməyə yardım etməkdir. Bu məsələ ilə şəxsən maraqlanacağıma söz verirəm. Hər birinizdən üzr istəyirəm”.

Qeyd edək ki, iclasda sosial media məzmunu nəticəsində uşaqlarının özünə zərər verdiyini, cinsi istismara məruz qaldığını və ya intihar etdiyini deyən ailələr iştirak edib.