“Qafqazinfo” xəbər verir ki, “Dustaq bir də sevər oldu” adlı mahnının sözləri böyük Azərbaycan şairi Xəlil Rza Ulutürkə məxsusdur. Bu nəğmənin adı bəlkə də çoxlarının düşüncəsində sual doğuracaq... Niyə məhbəs, niyə dustaq və niyə həsrət? Yenə heç vaxt toxunulmayan mövzu, yenə füsunkar səs və yenə də qəlbi titrədən bəstə…
Xumar Qədimova daha bir əsərini ərsəyə gətirib. Sevilən sənətkar “Dustaq yenə sevər oldu” adlı nəğməsi ilə gözü yollarda, cismi ya da qəlbi dustaq olan bütün insanları yada salıb, onların ruhunu rahatladacaq nəğmə oxuyub.