Məcnun Məmmədov koronavirusa yoluxub

mecnun-memmedov-koronavirusa-yoluxub
Oxunma sayı: 8594

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Teleqraf”ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir Bakıda keçirilən “Caspian Agro” sərgisi ilə əlaqədar COVID-19 testi verib: “Testin nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib”.