Gəncə şəhərində evdə yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Mikayıl Müşfiq küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Belə ki, İsmayıl Ələsgərova məxsus 5 otaqlı evdə anidən yanğın başlayıb. İlkin məlumata görə, ümumi sahəsi 94-kvm olan tikilinin 81 kv yanıb. Həmçinin alov qonşuluqdakı tikilinin dam örtüyünə də keçib.
Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Alovun söndürülməsi istiqamətində iş aparılır.
İlkin ehtimal kimi hadisəyə səbəb elektrik naqillərində yaşanan qısaqapanma olub.
***
FHN-dən verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 97kv.m. olan birmərtəbəli evdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində dördotaqlı evin yanar konstruksiyaları 60kv.m. sahədə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yunis Quliyev