ANAMA-nın vəzifəli şəxsi bu səbəbdən işdən çıxarıldı

anama-nin-vezifeli-sexsi-bu-sebebden-isden-cixarildi
Oxunma sayı: 6519

Ağdam rayonu Mobil bazasının direktoru işdən çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağdam rayonu Sarıcalı kəndində yerləşən ANAMA Mobil bazasının direktoru Ələsgər Həmzə oğlu Əhmədov vəzifəsindən azad olunub.

Bununla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov müvafiq Əmr imzalayıb.

Onun kollektivdə nalayiq hərəkətlərə yol verdiyi üçün işdən çıxarıldığı bildirilir.

Ziya Əmirxanlı