Arvadını qısqandığı üçün bıçaqlayandan sonra intihar etdi

arvadini-qisqandigi-ucun-bicaqlayandan-sonra-intihar-etdi
Oxunma sayı: 1671


Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 19 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 40 yaşlı Zaur Mirzəyev qısqanclıq zəminində həyat yoldaşı Təhminə Abdullayevanı bıçaqlayıb. Vurduğu çoxsaylı bıçaq zərbələrindən həyat yoldaşının öldüyünü zənn edən Z. Mirzəyev qonşusunun həyətinə keçərək orada özünü asaraq intihar edib. 

T. Abdullayeva isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.