“Neft-qaz sahəsində uzun illər ərzində nəql ediləcək resurslarımız var”

neft-qaz-sahesinde-uzun-iller-erzinde-neql-edilecek-resurslarimiz-var
Oxunma sayı: 1063

“Bizim neft-qaz sahəsində uzun illər ərzində, xüsusilə də Avropa bazarlarına, nəql ediləcək resurslarımız var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında söyləyib.

2022-ci ildə enerji sahəsində Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalandığını xatırladan dövlət başçısı bildirib ki, bu gün bizim Avropa İttifaqına, Avropa qitəsinə qaz təchizatımız artır.