General-mayor vəfat etdi

general-mayor-vefat-etdi
Oxunma sayı: 6884

Gömrük xidməti general-mayoru Arif Dərdayıl oğlu Əliyev dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, A.Əliyev uzunsürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.