“Liverpul”un yeni baş məşqçisi o ola bilər - Özü açıqladı

liverpulun-yeni-bas-mesqcisi-o-ola-biler
Oxunma sayı: 1489

“Feyenoord”un çalışdırıcısı Arne Slot “Liverpul”un baş məşqçi postuna gəlməsi ilə bağlı danışıqlar apardığını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə ESPN-ə danışıb.

45 yaşlı mütəxəssis klubların razılığa gəlməsini gözlədiyini bildirib: “Liverpul”un məşqçisi olmaq istəyirəm və bu qərarım qətidir. Hazırda “Feyenoord” və “Liverpul” danışıqlar aparır, nəticəni gözləyirəm. Əminəm ki, klublar razılığa gələcək”.