Kəmaləddin Heydərov Göygöldə qəbul keçirdi - Fotolar

kemaleddin-heyderov-goygolde-qebul-kecirdi
Oxunma sayı: 1758

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Göygöl şəhərində vətəndaş qəbulu keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazir Göygöl və Daşkəsən rayonlarının sakinlərini Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında qəbul edib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən sakinlərin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də vətəndaşları qəbul edib.