Nəsimidə Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş tədbir - Fotolar

nesimide-zerife-eliyevanin-101-illiyine-hesr-olunmus-tedbir
Oxunma sayı: 1004

Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Zərifə xanım Əliyeva haqqında filmə baxıblar.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açaraq bildirib ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilib, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadıb: “Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olub. Ümummilli lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi. Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi ana adıdır. Ulu öndərin əsasını qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli hümanitar missiyası bu gün Prezident İlham Əliyev və  Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir”.

Hər il olduğu kimi bu ildə Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar 50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optik göz eynəkləri təqdim edilib.

Tədbir bədii hissə ilə davam etdi.