Almaniya klubunun stadionunun yanında 500 kq-lıq bomba tapıldı

almaniya-klubunun-stadionunun-yaninda-500-kq-liq-bomba-tapildi
Oxunma sayı: 1357

“Maynts” klubunun ev oyunlarını keçirdiyi stadionun yaxınlığında bomba tapılıb. “Qafqazinfo” xəbər verir ki, 500 kiloqramlıq partlamayan bomba İkinci Dünya müharibəsindən qalıb. 

“Meva Arena”nın yanındakı bombanın bu gün zərərsizləşdiriləcəyi gözlənilir.

Bu səbəbdən klub tur öncəsi mətbuat konfransını bir gün əvvəl edib. Bundan başqa, ərazidə yaşayan 4600 insan evakuasiya ediləcək.

Xatırladaq ki, 31-ci turda “Maynts” şənbə günü “Köln” komandasını qəbul edəcək.