Bakı-İstanbul liseyi ilə Cocuq Mərcanlı məktəbi arasında dostluq əlaqələri quruldu - Fotolar

baki-istanbul-liseyi-ile-cocuq-mercanli-mektebi-arasinda-dostluq-elaqeleri-quruldu
Oxunma sayı: 947

Bakı-İstanbul liseyi ilə Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi arasında dostluq və əməkdaşlıq əlaqələri qurulub. 

“Qafqazinfo” xəbər verir ki, “Qardaşlaşmış məktəblər” layihəsində Bakı-İstanbul liseyinin şagirdləri ilə Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri arasında idmanın futbol növü üzrə yoldaşlıq oyunu baş tutub.  

Sonra “Aprel Zəfəri - Qələbəyə gedən yol” adlı tədbir keçirilib. Tədbirdə hər iki məktəbin şagirdləri öz çıxışları ilə izləyicilərə unudulmaz anlar bəxş ediblər. 

Tədbirin sonunda isə iki məktəb arasında Əməkdaşlıq Memorandumu imzalanıb.