Azərbaycan “Junior Eurovision”a qayıdır?

azerbaycan-junior-eurovisiona-qayidir
Oxunma sayı: 2887

Dörd ildir ki, “Junior Eurovision”a qatılmayan Azərbaycan müsabiqəyə yenidən qayıda bilər. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan nümayəndə heyəti “INFE Azerbaijan” fan klubuna Minskdə keçiriləcək yarışmayla ilə bağlı açıqlama verib: 

“Müsabiqədə iştirakı planlaşdırırıq, amma hələki, son qərar verilməyib”. 

Xatırladaq ki, Azərbaycanı sonuncu dəfə 2013-cü ildə Rüstəm Kərimov  “Me and my guitar” mahısı ilə təmsil edib. O, yekun səsvermədən sonra 12 iştirakçı arasında 66 xalla 7-ci yeri tutub.