Azərbaycanın xalq rəssamı vəfat etdi

azerbaycanin-xalq-ressami-vefat-etdi
Oxunma sayı: 2566

Azərbaycan boyakarı,  xalq rəssamı Altay Hacıyev 87 yaşında dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.  

Xatırladaq ki, A. Hacıyev 1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. 1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.  1995-ci ildə "Humay" mükafatı ilə təltif olunub. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsü olub. 

Rəssamın bir neçə fərdi sərgisi təşkil keçirilib. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri təşkil olunub.