“Baku Guide” ilə Bakıya aprel səyahəti - Fotolar

baku-guide-ile-bakiya-aprel-seyaheti
Oxunma sayı: 859

Azərbaycan paytaxtına təşrif buyuran qonaqların ənənəvi bələdçisi olan “Baku Guide” kataloqunun aprel sayı çapdan çıxıb. 

“Qafqazinfo” xəbər verir ki, “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr olunan kataloqda bu ay Bakıda, eləcə də ölkəmizdə keçiriləcək mühüm tədbirlər, paytaxtın, şəhərətrafının, həmçinin bölgələrimizin gəzməli-görməli məkanları haqqında məlumatlar yer alıb. 

Bakıda 5-7 aprel tarixlərində təşkil olunacaq 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi, 27-29 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi yarışması ilə bağlı materiallar da bələdçi kataloqda dərc edilib.

Nəşrdə həmçinin paytaxtımızın mədəni və işgüzar həyatı, aprel ayı üzrə teatr və konsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının afişası oxuculara təqdim olunur. Bir sözlə, Azərbaycana səyahət edən hər bir turistin, şəhərimizin hər bir qonağının Bakı haqqında öyrənmək istədiyi bilgilər bir ünvanda – “Baku Guide” bələdçisinin səhifələrində cəm olunub.