Bank Respublikanın depozit seyfləri təhlükəsizliyin zəmanətidir

bank-respublikanin-depozit-seyfleri-tehlukesizliyin-zemanetidir
Oxunma sayı: 823

Məzuniyyət mövsumü yaxınlaşdıqca istirahətin xaricdə keçirilməsi mövzusu da aktuallaşır. Lakin eyni zamanda, səfər müddətində qiymətli kağızlar və digər bahalı əşyaların harada saxlanılması sualı ortaya çıxır. Bu suala cavab olaraq, Bank Respublika depozit seyflərindən istifadə etmək təklifini verir.

"Qafqazinfo" xəbər verir ki, xidmət münasib qiymətlə təklif olunur və bank seyflərindən istifadə etdikdə səfəriniz bitincə qiymətlilərin qorunması haqqında narahatçılığa belə dəyməz. Seyflərin icarə müddəti və ölçülərindən asılı olaraq, tariflər 30-80 manat arası dəyişir. Bank seyflərini 1 aydan 12 ay müddətinədək icarəyə götürmək olar.

Bank Respublika-da bank seyf icarəsinin bir sıra üstünlükləri var:

Azərbaycanda ilk dəfə 9-cu müqavimət dərəcəsi ilə beynəlxalq sertifikatlaşdırma institutu tərəfindən sertifikatlaşdırılmış depozitari

Daimi  peşəkar mühafizə, depozitarinin zirehli qapısı, siqnalizasiya və yanğın əleyhinə sistem

Almaniyanın “Steinbach & Vollmann” şirkətinin yüksək məxfilik tələblərinə cavab verən xüsusi kilidləri

Saxlanılan qiymətlilər haqqında məlumatın tələb edilməməsi və bank sirri

Bank seyfinin istənilən müddətə icarəsi

İcarə müddətindən asılı olaraq güzəştli tariflər

Depozitaridə əşyaların saxlanılmasına zəmanət onunla da təsdiqlənir ki, seyf qutularını eyni zamanda iki açarla açmaq olar. Açarlardan biri müştəridə, digəri isə bankda saxlanılır.

Depozit seyflərində qiymətlilərin saxlanılmasının şərtləri haqqında daha ətraflı məlumatı bankın saytından əldə etmək olar.