Azərbaycanda kəndə silahlı basqın - 5 min apardılar

azerbaycanda-kende-silahli-basqin-5-min-apardilar
Oxunma sayı: 681

Basqın zamanı evdə Füzuli Alməmmədov və onun həyat yoldaşı Ofelya Alməmmədova ilə yanaşı onların 2 övladıda olub. Hadisə zamanı naməlum şəxslər ev sahiblərini döyərək, 5000 manat pul və qızıl əşyaları aparıblar.
Yaralılar Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxananın cərrahiyyə şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Füzuli və Ofeliya Alməmmədovalar kəllə-beyin travmaları alıblar.

Hadisə yerində araşdırma aparan müstəntiq Müşfiq Qasımov da ANS PRESS-ə faktı təsdiq edib.