İlham Əliyev İsmail Serageldini təltif etdi

ilham-eliyev-ismail-serageldini-teltif-etdi
Oxunma sayı: 3792

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.