Dünyanın ən bahalı futbol klubları açıqlandı

dunyanin-en-bahali-futbol-klublari-aciqlandi
Oxunma sayı: 5111

Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb.

“Qafqazinfo” “Sportico” idman biznes portalına istinadən xəbər verir ki, reytinqdə birinci yeri İngiltərənin “Mançester Yunayted” komandası tutub. 

Onun dəyəri 6,2 milyard dollar qiymətləndirilir. 

İkinci yerdə Madrid “Real”ı (6 milyard dollar) qərarlaşıb. Üçüncü yerdə isə “Barselona”dır (5,2 milyard dollar). 

İngiltərənin “Liverpul” klubu 5,1 milyard dollarlıq dəyərlə 4-cü, Münhen “Bavariya”sı isə 4,8 milyard dollarla 5-cidir.