Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?

rusiya-serhedcileri-ermenistanin-hansi-bolgesinde-qalacaq
Oxunma sayı: 3232

Rusiya hərbçiləri və sərhədçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçirilən görüşdə bu barədə razılığa gəliblər. Onun sözlərinə görə, Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri İran və Türkiyə ilə sərhəddə qalacaqlar.