“Avroviziya-2024”ün ikinci yarımfinalından - Video

avroviziya-2024un-ikinci-yarimfinalindan
Oxunma sayı: 2897

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.

“Qafqazinfo” xəbər verir ki, 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər.

Finala çıxmaq uğrunda Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Avstriya, Danimarka, Ermənistan, Latviya, San-Marino, Gürcüstan, Belçika, Estoniya, İsrail, Norveç və Niderland mübarizə aparacaq.

Qeyd edək ki, yarışmanın finalı mayın 11-də olacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.

Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.