Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır

ermenistan-ktmt-nin-maliyyelesdirilmesinde-istirakini-dayandirir
Oxunma sayı: 1644

“Ermənistan Respublikası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına qoşulmaqdan və təşkilatın bu qərarda nəzərdə tutulmuş fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Aysor.am”a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

O qeyd edib ki, Ermənistan KTMT-nin 2024-cü il büdcəsi ilə bağlı qərarın məhdud tərkibdə qəbul edilməsinə etiraz etmir.