Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarıldı

rusiyanin-londondaki-herbi-attasesi-olkeden-cixarildi
Oxunma sayı: 1629

Rusiyanın Londondakı hərbi attaşesi Böyük Britaniyadan çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Britaniya müdafiə naziri Qrant Şaps “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, bu barədə mayın 8-də Britaniya Daxili İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli açıqlama vermişdi.

“Biz gizli hərbi kəşfiyyat zabiti olan Rusiya hərbi attaşesini ölkədən çıxarırıq”, - Kleverli parlamentdə deyib.

Nazir əlavə edib ki, bu qərar Rusiyanın krallığa və Avropaya zərər vuran fəaliyyətindən sonra verilib.

Böyük Britaniyanın bu qərarını şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya hərbi attaşenin ölkədən çıxarılmasına adekvat cavab verəcək.