Məşhur müğənni Kalben saxlanıldı - Fotolar+Yenilənib

meshur-mugenni-kalben-saxlanildi
Oxunma sayı: 3640

Türkiyənin məşhur müğənnisi Kalben İstanbulda narkotik əməliyyatında saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənni polisə verdiyi ifadəsində narkotik vasitəni satmadığını, özünün istifadə etdiyini bildirib.

Evində aparılan axtarışlar zamanı ümumi çəkisi 15 qram olan “skunk” tipli narkotik vasitə ilə birlikdə 2 min avro, 730 dollar və 1500 TL götürülüb.

***

Müğənni məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Onun ölkədən çıxışına qadağa qoyulub.