Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü

hikmet-haciyev-bmt-bas-katibinin-komekcisi-ile-gorusdu
Oxunma sayı: 1445

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının Siyasət və Proqrama Dəstək Bürosunun Direktoru Markos Atias Neto ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyi sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, görüşdə BMTİP-in Azərbaycanın iqlim fəaliyyətində əsas lider kimi mövqe tutmasına kömək etmək öhdəliyi bir daha təsdiqlənib.