Ərdoğan Əli Əsədovu qəbul etdi - Foto

erdogan-eli-esedovu-qebul-etdi
Oxunma sayı: 1984

Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov mayın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Nazirlər Kabinetindən “Qafqazinfo”ya bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyə dövlətinin başçısına çatdırıb.

Baş nazir cari ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Görüş əsnasında Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.