“AzərEnerji” Heydər Əliyevlə bağlı tədbirlər keçirib

azerenerji-heyder-eliyevle-bagli-tedbirler-kecirib
Oxunma sayı: 1343

Ulu öndər Heydər Əliyevin anadan olmasının “101 illiyi və 2024 – Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “AzərEnerji” tərəfindən silsilə tədbirlər keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ölkənin bir çox ərazilərində yerləşən enerji obyektlərində həyata keçirilən ağacəkmə aksiyasının davamı olaraq “Qobu” Enerji Qovşağının ərazisində də ağacəkmə aksiyası keçirilib.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək, Ümummilli Liderin ənənəsinə sadiq qalmaqdır.

Ağacəkmə aksiyasının ardınca Ulu Öndərin anadan olmasının 101 illiyi ilə bağlı “Qobu” Enerji Qovşağının akt zalında tədbir keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra ölkə enerji sistemini kənar mənbələrdən asılı vəziyyətdən çıxarması və Azərbaycanda enerji müstəqilliyinin və təhlükəsizliyinin bünövrəsinin qoyulması, həmçinin 1993-cü ilin iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra elektroenergetika sahəsində gördüyü misilsiz işlərlə bağlı çıxışlar edilib.