“Əl-Qaidə”nin ikinci şəxsi öldürüldü

el-qaidenin-ikinci-sexsi-olduruldu
Oxunma sayı: 648

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, Əbu Yəhya əl-Libi ABŞ-ın pilotsuz hərbi təyyarələrinin Pakistanda keçirdiyi hərbi əməliyyatlar zamanı vurulub. Ağ ev terrorçunun öldürüldüyünü təsdiq edib.

Əl-Libinin Pakistanın Şimali Vəziristan bölgəsində öldürüldüyü xəbər verilir. ABŞ rəsmiləri onun öldürülməsnin detalları barədə məlumat verməyib.

Ağ ev əl-Libinin öldürülməsini “əl-Qaidə”yə vurulmuş növbəti böyük zərbə hesab edir.