Binəqədiyə yeni icra başçısı təyin olundu - Sərəncam

bineqediye-yeni-icra-bascisi-teyin-olundu
Oxunma sayı: 19060

Prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur:

"Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev mayın 17-si Xaləddin İsgəndərovu Binəqədi icra başçısı vəzifəsindən azad etmişdi.