“Misir Mərdanov işdən azad edilməlidir” - 65 yaş tələbi

misir-merdanov-isden-azad-edilmelidir-65-yas-telebi
Oxunma sayı: 654

Ekspertin sözlərinə görə bu gün orta məktəb müəllimlərindən 65 yaşda olanların işdən azad edilməsi davam edir: “Təxminən bu yaşda olan müəllimlərdən 2 faizi pedoqoji fəaliyyət göstərir. Yaş tendensiyası təkcə müəllimlərə deyil, hətta direktorlara da şamil edilməlidir.

Hətta mən deyərdim ki, təhsil nazirinin özü də işdən azad edilməlidir, çünki nazirin də yaşı 65-i ötüb”. Ekspert onu da qeyd edib ki, təhsil nazirinin vəzifəsi də pedoqoji vəzifədir: “Bu vəzifələr arasında ən sadəsi müəllimdir. Bu qanun əvvəlcə təhsil nazirinə, onun strukturunda çalışan əməkdaşlara, direktorlara, sonra müəllimlərə şamil edilməlidir”.

E. Əliyev onun da bildirib ki, hazırda şəhərdə, daha çox da regionlarda müəllim çatışmazlığı yaranıb: “Rayonlarda bir müəllim bir neçə fənni tədris edir. Heç bir yerdə bu cür tendensiya yoxdur”.

Gülnar