Bu əsər 90 milyon dollara satıldı

bu-eser-90-milyon-dollara-satildi
Oxunma sayı: 2725

İngilis rəssam Devid Hokninin “Sənətçinin portreti” (“Hovuzda iki fiqur”) əsəri ABŞ-da keçirilən hərracda rekord qiymətə -90,3 milyon dollara satılıb.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, portret üçün ödənilən bu pul yaşayan rəssama verilən ən böyük məbləğ olub. 1972-ci ildə çəkilmiş əsər “avropalı və amerikalının baxış bucaqlarını eyni anda əks etdirən tablo” olması ilə fərqlənir. 

Kaliforniyada yaşayan 81 yaşlı Hoknidən qabaq bu rekord 2013-cü ildə Ceff Kuunun “Şar it” heykəlinə (58,4 milyon dollar) məxsus olub.