Kəmalə Müzəffəri “Vicdan haqqı”nda o əvəzləyəcək - Fotolar

kemale-muzefferi-vicdan-haqqinda-o-evezleyecek
Oxunma sayı: 16273

“Vicdan haqqı” serialında Kəmalə Hüseynovanı əvəzləyən aktrisanın adı məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dilarə obrazını Bakı Musiqi Akademiyasının əməkdaşı, vokalist Aygün Zeynalova canlandıracaq. 

Ötən mövsüm serialdan çıxarılan  obraz  yeni sezonda efirə qayıdacaq. Serialın çəkilişləri yay aylarından başlayıb və A. Zeynalova heyətdə yer alıb. 

Qeyd edək ki, əməkdar artist Kəmalə Hüseynova “Vicdan haqqı”ndakı obrazı ilə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı.

Aktrisanın serialdan qəfil gedişinin səbəbi hələ də açıqlanmayıb.  Hazırda K. Hüseynova başqa bir serialla ekranlara geri qayıdır.