Həmin bağça bu yay təmir olunacaq - Rəsmi açıqlama

hemin-bagca-bu-yay-temir-olunacaq
Oxunma sayı: 619

İntensiv yağışlardan sonra pis vəziyyətə düşən Elman Məmmədov adına körpələr evi - uşaq bağçası yenilənəcək.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

Açıqlamada vurğulanıb ki, 1935-ci ildə istifadəyə verilən Xətai rayonu Elman Məmmədov adına uşaq bağçasının binası uzunmüddətli istismar nəticəsində köhnəlib və əsaslı təmirə ehtiyac yaranıb: “Qeyd edilən məsələ ilə bağlı bağçaya baxış keçirilib, altevnativ həll yolları araşdırılıb. Dövlət Proqramı çərçivəsində sözügedən məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirinin nəzərə alınması üçün zəruri tədbirlər görülür. Yay dövrü ərzində bağça infrastrukturunun yenilənməsi planlaşdırılır”.